Tariximiz

Cəlilabad Şərab ASC Azərbaycanda fəaliyyət göstərən ilk şərab zavodları sırasındadır. Zavod 1972-ci ildə SSR Azərbaycan Şərabçılıq komitəsi tərəfindən  Cəlilabad rayonu Andreevka kəndində açılmış və istismara verilmişdir.Müəssisədə bütün ətraf rayonlardan tonlarla üzüm qəbulu həyata keçirilirdi. Zavodda bir çox  şərab növləri ilə yanaşı , konyak spirti də istehsal olunurdu. Zavod il ərzində 5000 tondan cox məhsul dövriyyəsi etməklə yanaşı bütün SSR dövlətlərinə də şərab və konyak ixrac edirdi. Sovet hakimiyyətinin süquta uğramasından sonra Azərbaycanin əksər dövlət müəssisələri kimi Cəlilabad Şərab zavodunda da durğunluqlar yaranmışdı, lakin müstəqil Azərbaycanin güclənməsi, yerli istehsalata və bölgələrin inkişafına verilən böyük qayğı və dəstəyin nəticəsi olaraq “Cəlilabad Şərab” zavodu 2007-ci ildə“Cəlilabad Şərab-2” ASC olaraq yenidən fəaliyyətə başlamışdır. Zavodda dünya standartlarina uyğun , yüksək keyfiyyətli ,şərabçılıqda dünya üzrə sözünü demiş və bu sahə üzrə aparıcı şirkətlərin istehsalı olan avadanlıqlar quraşdırılmışdır.

Şərablarımızın istehsalında yerli şərabçı mütəxəssislərlə yanaşı şərabçılıqda öndə gedən dövlətlərin tanınmış şərab mütəxəssislərinin də biliyi və təcrübələrindən bəhrələnmişik.

Hazırki dövrdə “Cəlilabad Şərab-2”ASC də şərablarla yanaşı araq və konyak spirti də istehsal olunur. Şərablarımız  “ Şərq mirvarisi”brendi altında (“Şardone”,”Alazan vadisi”, “Muğan vadisi”,”Kaberne sovinyon”,”Kaberne Sovinyon-Şiraz”,”Merlo”,”Şiraz”,”Azərbaycan” və s.) xarici ölkələrə də ixrac olunur.

Bizim Məhsullar

Şirkətimiz alkaqollu içkilər çeşidini gün gündən zənginləşdirir. Məhsullarımız : Araq ( Belıy lebed, Belıy kit,Black Swan, Sarskiy zakaz və s.) ,çaxır ( Azərbaycan, Merlo,Şiraz , Muğan vadisi, Alazan vadisi,Kaberne sovinyon , Kaberne sovinyon şiraz ,Şardone və s.) konyak və s.daxili və xarici bazarda maraqla qarşılanır.

[alternative-text]
[alternative-text]
[alternative-text]
[alternative-text]
[alternative-text]
[alternative-text]
[alternative-text]
[alternative-text]
[alternative-text]
[alternative-text]

Haqqımızda

“Cəlilabad Şərab-2” ASC-nin əsası 1972-ci ildə qoyulmuşdur.Cəlilabad şərab zavodunda məhsul istehsalı ən müasir texnologiyalar əsasında aparılır. Keçmiş üzüm istehsalı və emalı müəssisəsinin ilkin emal zavodunun bazasında yaradılan müəssisə 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmişdir. Müsabiqənin qalibi olan "Cəlilabad Şərab-2" ASC  müəssisəni ən müasir standartlara uyğun quraraq, köhnə texnologiyaları yenisi ilə əvəzləmişdir.

Burada yeni istehsal sahələri yaradılmışdır.

şərab zavodunun istehsal sahəsinin ərazisi 7,4 hektardır. ASC-nin 300 hektara qədər bar verən üzüm bağları vardır. Zavodun istehsal gücü üzüm qəbulu və emalı üzrə ildə 8 min ton, şərab və şərab məhsulları üzrə 560 min dekalitr, konyak spirti istehsalı üzrə gündə 800 dekalitr, şərabın qablaşdırılması üzrə saatda 3 min 500, tünd içkilərin qablaşdırılması üzrə isə 1500-1800 butulkadır. Müəssisənin bar verən üzüm bağlarında şardane, merlo, kaberne avinyon,  kimi Fransa üzüm sortları yetişdirilir. Bağlarda hər il təqribən 3(üc) min  ton üzüm istehsal olunur. Üzümün qəbulu, emalı və şərabın istehsalı sexi Fransadan gətirilmiş avadanlıqla təchiz edilmişdir. Konyak spirtinin istehsalı sexində isə İtaliya avadanlığı quraşdırılmışdır. Bundan əlavə, müəssisədə araq istehsalıda var .


Eksport

  • [title]

    Missiyamız

    Müştərilərimizin istəklərini sabit əlaqələr əsasında formalaşdırmağa yönəlmiş uyğun bir iş yaratırıq.

  • [title]

    İnnovasiyalı yanaşma

    Şirkət şərab istehsalı prosesinin bütün mərhələrini nəzarət etməyə imkan verən ən müasir avadanlıqla təhciz edilmiş və Azərbaycanda ən yaxşılardan biri sayılır.

  • [title]

    Bizim nailiyyətlərimiz

    Şirkətimiz yalnız öz nailiyyətlərini deyil, həm də Azərbaycanın şərabını qeyd edən şərabçılıq sahəsində bir çox mükafatlara layiqdir.