Haqqımızda

“Cəlilabad Şərab-2” ASC-nin əsası 1972-ci ildə qoyulmuşdur.Cəlilabad şərab zavodunda məhsul istehsalı ən müasir texnologiyalar əsasında aparılır. Keçmiş üzüm istehsalı və emalı müəssisəsinin ilkin emal zavodunun bazasında yaradılan müəssisə 2007-ci ildə investisiya müsabiqəsi yolu ilə özəlləşdirilmişdir. Müsabiqənin qalibi olan "Cəlilabad Şərab-2" ASC  müəssisəni ən müasir standartlara uyğun quraraq, köhnə texnologiyaları yenisi ilə əvəzləmişdir.Burada yeni istehsal sahələri yaradılmışdır.şərab zavodunun istehsal sahəsinin ərazisi 7,4 hektardır. ASC-nin 300 hektara qədər bar verən üzüm bağları vardır. Zavodun istehsal gücü üzüm qəbulu və emalı üzrə ildə 8 min ton, şərab və şərab məhsulları üzrə 560 min dekalitr, konyak spirti istehsalı üzrə gündə 800 dekalitr, şərabın qablaşdırılması üzrə saatda 3 min 500, tünd içkilərin qablaşdırılması üzrə isə 1500-1800 butulkadır. Müəssisənin bar verən üzüm bağlarında şardane, merlo, kaberne avinyon,  kimi Fransa üzüm sortları yetişdirilir. Bağlarda hər il təqribən 3(üc) min  ton üzüm istehsal olunur. Üzümün qəbulu, emalı və şərabın istehsalı sexi Fransadan gətirilmiş avadanlıqla təchiz edilmişdir. Konyak spirtinin istehsalı sexində isə İtaliya avadanlığı quraşdırılmışdır. Bundan əlavə, müəssisədə araq istehsalıda var .